Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Kürdə suyun səviyyəsi artıb
Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Avtomat hidroloji stansiyaların aprelin 18-si saat 11:00 məlumatına əsasən, Kiçik Qafqaz ərazisindən axan Kürəkçayda 5 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Tərtərçay-Vəngdə 10 sm, Tutqunçayda 7 sm, Tərtərçay-Kəlbəcərdə 5 sm artım qeydə alınıb.
Kür çayının aşağı axınında Kür-Zərdab məntəqəsində 17 sm artım, su sərfi 641 m3/san (normanın 207%-i), Kür-Surrada 32 sm artım, su sərfi 461 m3/san (normanın 63%-i), Kür-Şirvanda 38 sm, Kür-Salyanda 70 sm, Kür-Bankədə 36 sm artım olub.
Transsərhəd çaylarında Qanıx çayının səviyyəsi 2 sm artıb, su sərfi 255 m3/san, normanın 152%-ni təşkil edir.