Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Kürdəmirdə göldə bir nəfər batıb
Kürdəmir rayonunun Təklə kəndində göldə bir nəfər batıb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Hazırda axtarış işləri həyata keçirilir.
"Suda (arxda, çayda, göldə, kanalda, dənizdə, okeanda) boğulma hadisəsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar