Azərbaycanda polis mayoru avtomobil qəzasında ölüb.
Oxu.Az “Report”a istinadla xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsi (RPŞ) Cinayət-axtarış bölməsinin rəisi, polis mayoru 53 yaşlı Qafar Abbasov Ağsu rayonunda özünə məxsus avtomobillə qəzaya düşüb. Yaralı xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyib.
Lent.az-ın məlumatına görə, bildirilir ki, Q.Abbasov xidməti avtomobili ilə hərəkətdə olarkən qarşısına it çıxıb. O, iti vurmamaq üçün nəqliyyat vasitəsini kənara istiqamətləndirib. Bu zaman idarəetmədən çıxan avtomobil ağaca çırpılıb.
Faktla bağlı araşdırma aparılır.