Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Kürdəmirdə xəstəxanaya gətirilən 7 yaşlı uşaq öldü
Kürdəmir rayonunda qrip olduğu üçün xəstəxanaya gətirilən 7 yaşlı uşaq ölüb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə iyunun 14-ü saat 12 radələrində qeydə alınıb.
Belə ki, rayonun Cəyli kənd sakini, daun sindromlu, 2017-ci il təvəllüdlü Soltan Elman oğlu Soltanov qrip olduğu üçün Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Həkimlərin səyinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Hazırda araşdırma aparılır.
"Kürdəmir Rayon Mərkəzi Xəstəxanası" teqi üzrə xəbərlər
- Kürdəmirdə iki avtomobil TOQQUŞUB - Xəsarət alanlar var
- Düzgün diaqnoz qoyulmayan azyaşlı xəstəxanada öldü: Həkim cəzalandırıldı
- Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var
- Piyadanı vuraraq öldürən gənc sürücüyə hökm oxundu
- İcra başçısının həbsdə olan sabiq birinci müavini və şöbə müdirinin əmlakları geri qaytarıldı
Ən çox oxunanlar