Kürdəmirdə baş verən yol qəzasında xəsarət alanların kimliyi bəlli olub.
“Report” xəbər verir ki, bunlar Ağsu rayon Ərəbmehdibəy kənd sakinləri, 2 qardaş - Osmanov Elçin Qinyaz oğlu və Osmanov Qiyas Qinyaz oğludur.
Qeyd edək ki, hadisə Qarasaqqalı kəndində baş verib. “VAZ-2107” markalı avtomaşın hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobilin sürücüsü və sərnişin müxtəlif xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
19:14
Kürdəmirdə yol qəzası baş verib
“Report” xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Qarasaqqalı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomaşının həmin yolda hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobilin sürücüsü və sərnişin müxtəlif xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.