Cəlilabad rayonu Göytəpə şəhər bazarında baş verən yanğın zamanı iki yanğınsöndürən tibbi yardıma ehtiyac duyub.
Bu barədə “Report”un Muğan bürosuna Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Yanğın nəticəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin iki əməkdaşına hadisə yerində tibbi yardım göstərilib. Onlardan birinin qan təzyiqi yüksəlib, digəri isə çiyin nahiyəsinə od düşdüyü üçün yanıq xəsarətləri alıb. Onlara tibbi xidmət göstərilib.
Yanğın zamanı tüstüdən boğulma qeydə alınmayıb.
Hadisə yerinə üç təcili tibbi yardım avtomobili cəlb olunub və yanğın tam söndürülüb.