Kürdəmirdə ağır yol qəzası baş verib.
Fövqəladə Hallar Nazirliyi məlumat verir ki, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən Kürdəmir rayonunun Təklə kəndində “Lada” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşub.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1990-cı il təvəllüdlü Abbasov Vasif Elman oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.