Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində İlqar Zülfüqarov küçəsində yerləşən fərdi yaşayış evlərini subasma ilə bağlı rəsmi açıqlama verilib.
Sabunçu Rayonu İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə artıq hazırlıq işləri aparılıb.
"Yığılan yağış suları ən qısa zamanda ərazidən kənarlaşdırılacaq", - deyə məlumatda vurğulanıb.
Əzizə İsmayılova
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsinin sakinləri ciddi problemlə üz-üzə qalıblar. Belə ki, qəsəbənin İlqar Zülfüqarov küçəsində yerləşən fərdi yaşayış evlərini su basıb. Sakinlərin əşyaları və şəxsi əmlakları yararsız hala düşüb.
Vətəndaşlar mövcud vəziyyətlə bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.
"İşə gedə bilmirik, bütün küçə suyun içindədir. Əkdiyimiz şitillər məhv olub, hamısı suyun üzünə çıxıb", - deyə şikayətçilərdən biri söyləyib.
Digər bir sakin isə qeyd edib:
"Müraciət etmədiyimiz qurum qalmayıb, amma hamısı eyni sözü deyir. 25 ildir ki, mərkəzi kanalizasiya sisteminin çəkilməsini gözləyirik. Artıq burada hamı evini tərk edib".