Tibb müəssisələrində laboratoriya işçilərinə stabil əlavələr nəzərdə tutulub.
Oxu.Az xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnvestisiya şöbəsinin müdiri Yadigar Mahmudzadə deyib.
Onun sözlərinə görə, həkim-laborantlar çalışdıqları müəssisələrin qruplaşmasından asılı olaraq əməkhaqlarından əlavə ödənişlər alırlar:
“Həkim-laborantlar üçün çalışdıqları müəssisədən asılı olaraq minimum 240, maksimum 340 manat stabil əlavə nəzərdə tutulub”.
Qeyd edək ki, bu qaydalar TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə şamil edilir.
Könül Cəfərli