Türkiyənin 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı qardaş ölkənin Bakıdakı səfirliyində də qeyd olunub.
Bu barədə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı “Twitter” hesabında paylaşım edib.
“TBMM-in yaradılmasının 101-ci ildönümünü təbrik edirəm. 23 aprel Milli Suverenlik və Uşaq Bayramını qardaş ölkənin paytaxtı Bakıda istiqbalımızın və gələcəyimizin təminatçısı uşaqlarımızla qeyd etdik. Suverenlik qeyd-şərtsiz millətindir”, - deyə səfir bildirib.
TBMM'nin 101. kuruluş yıl dönümünü tebrik ediyorum.
— Doç.Dr. Cahit Bağcı (@CahitBagci) April 23, 2021
23 Nisan Ulusal Egemenlik ve Çocuk Bayramı'nı Kardeş ülke Azerbaycan’ın Başkenti Bakü’de istikbalimiz ve geleceğimizin teminatı çocuklarımızla kutladık.🇹🇷
Egemenlik kayıtsız şartsız milletindir. #23NisanKutluOlsun pic.twitter.com/D1CcfcyaTl
Cahit Bağçı həmçinin səfirlik binasında Bakı Türk Anadolu liseyinin şagirdlərini qəbul edib. Görüş zamanı ikinci sinif şagirdi Samirə İsmayılova Türkiyə səfiri qarşısında İstiqlal Marşını söyləyib.
Bugün misafirlerimiz Bakü Türk Dünyası Anadolu Lisesi öğrecilerimiz. 2/C öğrencimiz Samira İsmailova’nın dilinden İstiklal Marşı. Maşallah#23NisanKutluOlsun pic.twitter.com/g5CBFLVBkQ
— Doç.Dr. Cahit Bağcı (@CahitBagci) April 23, 2021