Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Hikmət Hacıyev Türkiyə səfirini qəbul edib
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik fəaliyyətinin başa çatması münasibətilə Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağcını qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə türkiyəli diplomat "X" hesabında bildirib.
"Prezident İlham Əliyevin xarici siyasət məsələləri üzrə köməkçisi cənab Hikmət Hacıyevlə vidalaşdıq. Diplomatik fəaliyyət müddətim boyunca ən çox təmasda olduğum Hikmət bəylə işğaldan azad edilən azad Qarabağın hər bir guşəsində birlikdə olduq. Dörd il boyunca ən sıx ziyarət etdiyim 602 nömrəli otaqda uzun görüşlərimiz və məsləhətləşmələrimiz oldu. Daima səmimi və açıq yanaşma, yaxın əməkdaşlıq və çalışmalarımıza vermiş olduğu dəyərli töhfələr üçün təşəkkür edirəm", - səfir qeyd edib.
Cumhurbaşkanı Sayın İlham Aliyev’in dış politikadan sorumlu yardımcısı sayın Hikmet Haciyev beyle vedalaştık.
— Cahit Bağcı (@cahitbagci) January 24, 2025
Görev sürem boyunca en çok temasta olduğum Hikmet beyle işgalden kurtarılan özgür Karabağ’ın her bir köşesinde birlikte olduk.
Dört yıl boyunca en sık ziyaret ettiğim… pic.twitter.com/urt4t3H2Sf
"Hikmət Hacıyev" teqi üzrə xəbərlər
- Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfirini qəbul edib
- "Soyuq müharibə"nin qalıqları - USAID və "Rus evi"nin ifşası
- Mərhum Xalq artisti Mikayıl Mirzənin oğluna İrandakı səfirlikdə yeni vəzifə VERİLDİ
- Məsud Pezeşkian Tehranda Hikmət Hacıyevi qəbul edib
- Hikmət Hacıyev İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri ilə müzakirələr aparıb