Əməkdar artist Lalə Məmmədova yeni fotoları ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, tez-tez saç rəngini və düzümünü dəyişən sənətçi bu dəfə onları qaraya boyadaraq uzadıb.
L.Məmmədovanın imici üzərində peşəkar stilist və vizajist Elnur Həsənov çalışıb. Lalə dəbdəbəli və qlamur tərzi ilə obyektiv qarşısına keçərək, cazibədar pozaları ilə diqqət çəkib.
Qeyd edək ki, Lalə Məmmədova aylar öncə üzündə plastik və estetik əməliyyat keçirərək, xarici görünüşünü dəyişib.
Rəylər