Yüksək rütbəli hərbçilərin olduğu Laos HHQ təyyarəsi ölkənin şimalında qəzaya uğrayıb.
Oxu.Az RİA-Novosti-yə istinadən xəbər verir ki, Laos HHQ təyyarəsində 14 adam olub. Təyyarə Sienq Kuanq əyalətinə uçurdu. Nümayəndə heyəti Laos xalq ordusunun ikinci diviziyasının yubileyində iştirak etmək üçün əyalətə gedirdi.
“Təyyarə Sienq Kuanq əyalətinin limanına çatmamış dörd kilometr aralıqda qəzaya uğrayıb”, - LXDR Müdafiə Nazirliyindən olan mənbə xəbər verib.
Mənbənin məlumatına görə, hal-hazırda 9 adamın cəsədi tapılıb.
Təyyarədə müdafiə naziri və onun həyat yoldaşı, ictimai təhlükəsizlik naziri və ölkənin paytaxtı Vyentyan şəhərinin meri olub.
Qəza ilə əlaqədar ikinci diviziyanın 55 illik yubileyinə həsr edilmiş bütün tədbirlər, o cümlədən də hərbi parad ləğv edilib.