Bu yaxınlarda dünyasını dəyişən SSRİ-nin ilk rəsmi milyonçu azərbaycanlısı kimi tarixə düşmüş Cənnət Əliyev Salman oğlu haqqında maraqlı faktlar üzə çıxıb.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, ömrünün son 25 ilini parapsixologiyaya həsr edən C.Əliyev paranormal hadisələrin tədqiqatçısı, parapsixoloq-şəfaverici kimi Rusiyada çox məşhur olub.
Həqiqət axtarışı
Cənnət Əliyev həqiqəti axtarmaq üçün yola çıxaraq bütün dinləri araşdırır. Bu məqsədlə Krişna cəmiyyətinə, kilsəyə üz tutub və sonda İslam dininin ucalığının və hikmətinin qarşısında təslim olub. 20 il ərzində bütün dini və şeytani cərəyanlara üzv olaraq şamanizm, sufilik, yoqa və digər cərəyanlara üzv olub. Cənnət Əliyevin bu yaşam tərzini çoxları anlamadığından dəfələrlə təzyiqlərə məruz qalır.
O öz vəsaiti hesabına Rusiyada Həzrət Abbas məscidini tikdirib. 1997-ci ildə Əli ibn Əbu Talibin qılıncı "Zülfüqar"ın rəmzi istehsalına başlayıb, hər birini təmənnasız olaraq insanlara, səfərə getdiyi ölkələrin rəhbərlərinə bağışlayıb.
(Bu videoda onun hazırladığı dünyanın ən böyük Zülfüqar qılıncını görürük)