Lənkəran rayonunda 18 yaşlı yeniyetmənin süni göldə boğularaq ölməsi ilə bağlı bəzi təfərrüat bilinib.
Oxu.Az xəbər verir ki, rayonun Tükəvilə kənd sakini, 2007-ci il təvəllüdlü Tohid Ələsgərov idmançı olub. O idmanın güləş növü ilə məşğul imiş.
T.Ələsgərov hər səhər dostları ilə qaçır və daha sonra sözügedən gölə gəlib əl-üzlərini yuyurmuşlar. Bu gün adəti üzrə, o, dostları ilə qaçışdan sonra gölə gələrək əl-üzünü yuyub su içmək istəyərkən ayağı sürüşərək gölə düşüb. Nəticədə göl dərin olduğundan, o, boğularaq dünyasını dəyişib.
Məlumata görə, mərhum ailənin tək oğlan övladı idi.
Faktla bağlı araşdırma aparılır.
Lənkəranda bədbəxt hadisə nəticəsində gənc oğlan göldə boğularaq ölüb.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Tükəvilə kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, 2007-ci il təvəllüdlü Tohid Ələsgərov sahələri suvarmaq üçün süni gölün ətrafına gedib. Bu zaman onun ehtiyatsızlıqdan ayağı sürüşüb və gölə düşüb.
Göldə su çox olduğundan o boğularaq ölüb.
Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.