Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Lənkəranda bir kəndin poçt şöbəsi BAĞLANIB: İnsanlar çətin vəziyyətdədirlər
Lənkəranın Viravul kəndində 4500-dən çox insana xidmət göstərən poçt şöbəsi fəaliyyətini dayandırıb.
Sakinlər ya şəhər mərkəzinə, ya da 10 kilometr məsafədə yerləşən Vilvan kəndinə getmək məcburiyyətində qalırlar.
"Poçt şöbəsi 10-15 gündür bağlanıb. İnsanlar çətin vəziyyətdədirlər. Vilvan kəndindəki poçt şöbəsinə getmək üçün iki dəfə avtobus dəyişməliyik. Lənkəranın mərkəzinə getmək üçün isə 1 gün vaxt lazımdır. Bu isə kənd adamı üçün bir günlük işinin batması deməkdir. Həm vaxtımız itir, həm də maddi cəhətdən ziyana düşürük", - kənd sakini narazılığını bildirib.
Ətraflı Baku TV-nin süjetində:
"Baku TV" teqi üzrə xəbərlər
- Xronika: "Tarixi yer adlarını müxtəlif üsullarla unutdurmaq üçün ermənilərin gizli planları"
- Nəriman Nərimanovun heykəli istiqamətində gedən yolda mövcud olan PROBLEMLƏR
- 72 gün dağda qalanların möcüzəvi qurtuluşu
- İrandan ölkəmizə göndərilən qidalar barədə XƏBƏRDARLIQ
- Xəzər sahillərində nə baş verir? - Xəbərlərin 20:00 buraxılışı
Rəylər