Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Lənkəranda QƏZA: Ölən və xəsarət alanlar var
Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın məlumatına görə, hadisə gecə saatlarında Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Şağlaser kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı elektrik dirəklərinə, qaz xəttinə və həyətyanı hasara çırpılıb. Qəza nəticəsində avtomobildə olan 2006-cı il təvəllüdlü Amil Ehtiram oğlu Sadıqov aldığı xəsarətlərdən dünyasını dəyişib.
Dörd nəfər - 2003-cü il təvəllüdlü Ruslan Fikrət oğlu Rəsulov, 2006-cı il təvəllüdlü Qurbanəli Ətafil oğlu Salayev, 2005-ci il təvəllüdlü Elvin Əbdül oğlu Əliyev və 2006-cı il təvəllüdlü Əbdül Tapdıq oğlu Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıblar. Yaralılara ilkin tibbi yardım göstərilib və müalicələri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Aeroport yolunda zəncirvari QƏZA
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Binəqədidə baş verən dəhşətli qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI
- Paytaxtda yük maşını işıqfora çırpıldı - ANBAAN GÖRÜNTÜLƏR
- Ağdamda AĞIR QƏZA: Ölən və xəsarət alanlar var