Lənkəranda su kanalında boğulma hadisəsi qeydə alınıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nərimanabad kəndində 2005-ci il təvəllüdlü Qasımov Rəşad Vüsal oğlu su kanalında batıb.
Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.