Bu gün saat 14:40-da Lerik rayonu Qışlaq kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı 3 nəfər (kişi cinsli) şəxs döş qəfəsinin küt travması, qapalı kəllə beyin travması, başın təpə nahiyəsinin əzilmiş didilmiş yarası, sağ baldır sümüyünün 1/3-nin xətli sınığı diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Lənkəran Mərkəzi Rayon Xəstəxanasından APA-nın cənub bürosuna bildirilib ki, zəruri ilkin tibbi yardım göstərilən yaralılardan biri tibb müəssisəsinin travma şöbəsinə, digərləri təcili yardım şöbəsinə yerləşdiriliblər.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
Lerikdə avtomobil dağa çırpılıb: Xəsarət alanlar var
Lerikdə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın verdiyi məlumata görə, hadisə Lerik rayonunun ucqar dağ kəndi olan Qışlaq ərazisində baş verib.
Lerik rayon Hamarat kənd sakini, 1958-ci il təvəllüdlü Şirvan Xaliq oğlu Yusubov UAZ markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Nəqliyyat vasitəsi dağa çırpılıb. Qəza nəticəsində sürücü və avtomobildə olan daha iki nəfər - 1998-ci il təvəllüdlü Cavid Raqib oğlu Dadaşzadə və 1967-ci il təvəllüdlü Mirzə Miri oğlu Ağayev xəsarət alıblar. Hər üç yaralı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb avtomobilin əyləc sistemində yaranan nasazlıq olub.
Qeyd edək ki, hər üç şəxs qəbir daşları düzəldən ustadır, onlar rəhmətə gedən şəxs üçün baş daşı düzəltməyə gedirmişlər.
Faktla bağlı araşdırma aparılır.
Rəylər