Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Lerikdəki istirahət mərkəzində körpüdən yıxılan yeniyetmənin son durumu AÇIQLANDI
Lerikdə istirahət mərkəzinin birində körpüdən yıxılan 14 yaşlı yeniyetmənin son durumu açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mayın 28-də 2010-cu il təvəllüdlü şəxs körpüdən yıxılma səbəbilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
"Ona qapalı kəllə-beyin travması, bədənin ümumi səthi travması diaqnozu qoyulub. Yeniyetməyə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən yeniyetmə mayın 29-da ailəsinin istəyi ilə Bakıya aparılıb".
Qeyd edək ki, Bakıdan Lerikə istirahətə gedən ailə bədbəxt hadisə ilə üzləşmişdi. 2010-cu il təvəllüdlü oğlan ehtiyatsızlıqdan körpüdən yıxılaraq xəsarət almışdı.
Könül Cəfərli
14:39
Lerikdə istirahət mərkəzinin birində 14 yaşlı yeniyetmə körpüdən yıxılıb.
APA xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonundan Lerikə istirahətə gedən ailə bədbəxt hadisə ilə üzləşib.
Bakı sakini 2010-cu il təvəllüdlü H.B. ehtiyatsızlıqdan körpü üstündən aşağı düşüb. Yeniyetmə ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyətinə uyğun olaraq müalicəsi xəstəxanada davam etdirilir.