Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Leyla Yunus 3 ay müddətinə həbs edildi - YENİLƏNİB + VİDEO
Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus barəsində həbs qətimkan tədbiri seçilib.
Oxu.Az xəbər verir ki, Vəkil Cavad Cavadovun APA-ya verdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsi L. Yunus barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, L. Yunusa qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq), Arif Yunusa qarşı isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178-ci (dələduzluq) maddələri ilə ittiham elan olunub.
İstintaq orqanı tərəfindən A. Yunusdan başqa yerə getməməklə bağlı iltizam alınıb.
18:43
Hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusa qarşı ittiham elan olunub.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya vəkil Cavad Cavadov məlumat verib.
Onun sözlərinə görə, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq), Arif Yunus isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq) maddələri ilə təqsirləndirilirlər.
Vəkil qeyd edib ki, istintaq Arif Yunusdan başqa yerə getməməklə bağlı iltizam alıb.
Leyla Yunus isə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Nəsimi rayon Məhkəməsinə aparılıb.
Rəylər