Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənəd qəbulu başlayıb.
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Valideyn və ya qanuni nümayəndə övladının şəxsi işlərini avqustun 7-si saat 15:00-dan avqustun 17-si saat 15:00-dək qəbul olunduğu cari müəssisəyə təqdim etməlidir.
Bu vaxt ərzində sənədlər lisey və ya gimnaziyalara təqdim edilmədiyi halda şagirdin qəbulu etibarsız sayılır və həmin yer II mərhələ üçün vakant olaraq təqdim edilir.
09:04
Bu gündən 2023-2024-cü tədris ili üzrə şagird yerdəyişməsinə start verilir.
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yerdəyişmə proses sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.
Yerdəyişmə II-IX və XI siniflər üçün avqustun 7-si saat 15:00, X siniflər üçün isə avqustun 14-ü saat 15:00-dan aktivləşdiriləcək.
Valideynlər üçün elektron sistemdə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi avqustun 31-i saat 18:00-a qədər davam edəcək. Onlar sentyabrın 5-i saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.
Qeyd edək ki, aşağıda adları qeyd olunmuş ümumi təhsil müəssisələrinin II-IX siniflərində yaranmış vakant yerlərə şagird yerdəyişməsi imtahanla aparılır. İmtahana qeydiyyat sy.edu.az elektron sistemi vasitəsilə aparılacaq. Qeydiyyat avqustun 7-si saat 15:00-dan avqustun 14-ü saat 18:00-a qədər aktiv olacaq. İmtahanlar ibtidai siniflər üzrə avqustun 17-si, V-IX siniflər üzrə isə avqustun 18-i tarixində keçiriləcək.
İmtahanla yerdəyişmə aparılan ümumi təhsil müəssisələrinin siyahısı:
- Heydər Əliyev adına lisey
- T.İsmayılov adına 6 nömrəli məktəb-lisey
- 132-134 nömrəli təhsil kompleksi
- T.Həsənov adına 23 nömrəli tam orta məktəb
- İlyas Əfəndiyev adına Elitar gimnaziya
- İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi
- Zəngi liseyi
- Bakı Avropa Liseyi
- “Ankara məktəbi” məktəb-lisey
- Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi
- Bülbül adına orta ixtisas musiqi məktəbi
- Humanitar fənlər təmayüllü məktəb-lisey.