“Bu gün saat 09:36-da püskürən Lökbatan palçıq vulkanı Bakıdan 15 km cənub-qərb istiqamətində, Xəzər dənizi sahilində eyniadlı neft-mədən sahəsində yerləşir. Sonuncu dəfə vulkanın püskürməsi 2017-ci ildə qeydə alınıb. Bu, aktiv palçıq vulkanıdır”.
Bu fikirləri “Report”a açıqlamasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin aparıcı elmi işçisi Orxan Abbasov deyib.

Onun sözlərinə görə, bu, Azərbaycanda baş verən palçıq vulkanları ilə müqayisədə nisbətən güclü püskürmədir:
“Püskürmənin gücü də yer səthinə çıxarılan palçığın həcmi və əmələ gələn çatlarla ölçülür. Bu püskürmə zamanı güclü alovlanma baş verməyib. Çox az həcmli alovlanma baş verib. Amma yer səthinə çıxarılan brekçiya sahəsi iki hektar ərazini əhatə edir”.
O.Abbasov bildirib ki, palçıq axınının qalınlığı 80-90 sm-dir:
“Ona görə də biz bunu nisbətən güclü püskürmə kimi də qiymətləndirə bilərik”.
13:44
Lökbatanda palçıq vulkanının püskürdüyü ərazidən son görüntülər yayılıb.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı, Abşeron yarımadasında yayılıb.