Fransız toxunuşlarından ilhamlanaraq ərsəyə gətirilən, klassik və modern tərzdə məhsulların yerləşdiyi “Madame Coco” mağazasının daha bir filialı açılıb.
Oxu.Az xəbər verir ki, “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən mağazada ev üçün lazım olan bütün əşyalar endirimli qiymətlərlə alıcılara təqdim edilir.
İki mərtəbədən ibarət mağazada göz oxşayan qablar, fərqli aksessuarlar, həmçinin eviniz və ofislərinizin ab-havasını dəyişdirəcək digər məhsullar var. Mağazada olan zərif, davamlı və yumşaq materialı, rahatlığı və gözəlliyi ilə yataq dəstələri otağınıza xüsusi ovqat bəxş edəcək
Siz burada həm ev, həm də özünüz üçün ətirlər də əldə edə bilərsiniz. Bundan başqa, xanım və bəylər üçün təbii tərkibli losyonlar, dəri üçün kremlər, şampunlar və balzamlar da sərfəli qiymətə təklif olunur.
“Madame Coco”nun mətbəx əşyaları dəbli və gözəl olmaqla yanaşı, həm də çox rahatdır.
50%-ə dək endirimlə təklif olunan məhsulları təkcə nağd yox, həm də kreditlə əldə edə bilərsiniz. Siz cəmi 20% ilkin ödəniş etməklə, istəyinizə uyğun 12 ayadək kredit götürə bilərsiniz. Kreditin minimum məbləği 300 manatdan başlayır və 5 min manatadəkdir.
Evinizi bəzəmək, fərqli əşyalarla dekor etmək, başqalarından seçilmək istəyirsinizsə, seçiminiz “Madame Coco” olmalıdır.
Ünvan: Qara Qarayev 94 (Nefçilər m.s-nın yanında).