Dünən Kürdəmir rayonu ərazisində polis əməkdaşlarının olduğu xidməti avtomobil ağır qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, Kürdəmir şəhəri yaxınlığında, Bakı-Qazax magistralını rayon mərkəzi ilə birləşdirən yolda, un dəyirmanının yaxınlığında Post-patrul Xidmətinə məxsus olan “Fiat Dablo”nun aşaraq yanması nəticəsində sürücü, polis serjantı Ceyhun Səmədov və digər serjant İlqar Abdulxaliqov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə yerinin yaxınlığından keçənlər onları yanan avtomobilin içindən çıxararaq xilas ediblər. Bundan sonra isə Post-patrul avtomobili tamamilə yanaraq kül olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.