Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Magistraturaya qəbulun II cəhdi üçün qeydiyyat bu gün başa çatır
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat bu gün saat 23:59-da başa çatır.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Məlumata əsasən 17 min 4 bakalavr ərizəsini təsdiq edib. Bunlardan 15 min 760-ı Azərbaycan bölməsi, 1 244-ü isə rus bölməsidir.
Bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə "Şəxsi kabinet"lərinin hesabına tələb olunan məbləği əlavə edib mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olmaqla qeydiyyatdan keçirlər.
Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə internet səhifəsində tanış olmaq mümkündür.
Qeyd edək ki, imtahan mayın 11-də keçiriləcək.
"Dövlət İmtahan Mərkəzi (DİM)" teqi üzrə xəbərlər
- Maksimal bal toplayan Aişə Bağırova: "Cərrahiyyə sahəsi üzrə yeni layihələr hazırlamaq istəyirəm"
- Doqquz martda keçirilmiş buraxılış imtahanının nəticələri elan olundu
- Qəbul imtahanında iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyat elan edilib
- Azərbaycanda buraxılış imtahanı keçirilib - Nəticələr nə vaxt elan olunacaq?
- İmtahan nəticələrindən narazı qalan şagirdlər: "Nəticələr yenidən yoxlansın"