Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Martda 16 gün istirahət edəcəyik - TƏQVİM
Mart ayında bayramlarla əlaqədar on gün qeyri-iş günü olacaq.
Oxu.Az xəbər verir ki, 2019-cu ildə 8 Mart - Qadınlar günü iş günü hesab edilmir, 20, 21, 22, 23, 24 mart isə Novruz bayramıdır.
Əmək Məcəlləsinə əsasən, martın 9-u şənbə, 10-u isə bazar gününə təsadüf etdiyindən ardıcıl üç gün iş olmayacaq.
Bundan əlavə, martın 23-ü şənbə, 24-ü isə bazar gününə təsadüf edir. Bu səbəbdən beşgünlük iş həftəsində 25, 26 mart, altıgünlük iş həftəsində isə 25 mart tarixi istirahət günləridir.
Bununla da, şənbə və bazar günləri nəzərə alınmaqla, ümumilikdə 16 gün istirahət edəcəyik.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər