Sumqayıtda qaz təchizatında məhdudiyyət olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.
Bildirilib ki, sentyabrın 10-da 18-ci mikrorayon və Yaşıl Dərənin bir hissəsində 89 millimetrlik ortatəzyiqli qaz xəttində sızmaların aradan qaldırılması ilə əlaqədar olaraq 1 400 abonentin qaz verilişi müvəqqəti dayandırılacaq.
İşlər başa çatdıqdan sonra qaz təchizatı tam bərpa olunacaq.
Masallının bir sıra ərazilərinin qaz təchizatı dayandırılacaq.
Bu barədə Oxu.Az-a Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, Masallı rayonu ərazisində yerləşən sənaye və əhali polietilen qaz xətlərində aşkar olunmuş qaz sızmalarını aradan qaldırmaq məqsədilə 10.09.2025-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək Təklə, Əhmədli, Sığıncaq, Xoşçobanlı, Stansiya Masallı, Ləngan, Mollahəsənli, Həsənli, Hacıtəpə, Xırmandalı, Köçəkli, Ərəb, Təkdam, Məmmədxanlı, Xallı-Callı, Kürdəbaz, Qədirli, Qarğalıq, Eminli, Viləş, Yeddioymaq-1, Yeddioymaq-2, Şıxlar, Qasımlı, Qızılağac, Alışanlı, Bala Təklə və Səmidxan-1 kəndlərinin ümumilikdə 10 300 abonentinin və 37 sənaye obyektinin qaz təchizatının dayandırılması planlaşdırılır.
"Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahiş edirik", - məlumatda deyilir.