Masallı rayonunda bədbəxt hadisə baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Masallı Regional Şöbəsindən verilən məlumata görə, hadisə mayın 20-də rayonun Mahmudavar kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 2001-ci il təvəllüdlü Orxan Xalıq oğlu Babayev hərəkətdə olan “ZİL” markalı yük maşınının yük yerindəki ot tayasının üstündə əyləşdiyi vaxt müvazinətini itirərək yerə yıxılıb. Hadisə yerinə dərhal həkim briqadası çağırılsa da, 13 yaşlı uşaq baş-beyin nahiyəsindən aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırmalara başlanıb.