Masallı rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, qəza zamanı minik və yük avtomobilləri toqquşub.
Hadisə nəticəsində minik avtomobilində olan sərnişin, 1962-ci il təvəllüdlü Aidə Məmməd qızı Məmiyeva xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.