Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Masallıda avtomobil iki piyadanı vuraraq öldürüb
Masallıda avtomobil iki piyadanı vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, dekabrın doqquzu saat 21 radələrində Masallı rayon sakini Qorxmaz Hüseynov idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə Lənkəran-Boradigah-Masallı yolunun Masallı rayonunun Qəzvinoba kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyadalar 2006-cı il təvəllüdlü İsa Cavadov və 2003-cü il təvəllüdlü İslam Əliyevi vurub.
Hər iki piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakının Ziya Bünyadov prospektində qəza: Avtomobilləri evakuatorlar kənarlaşdırır
- Daxili Qoşunların Baş İdarəsinin hərbçilərinin maaşları yeni redaksiyada təsdiqlənib
- Bakının bir neçə küçə və prospektində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
- Vətəndaşların bank kartlarından ötən gün 31 min manat oğurlanıb
- Şəkidə QƏZA: Ata həlak oldu, xəsarət alan iki nəfərin son vəziyyəti AÇIQLANDI
Ən çox oxunanlar