Masallıda çaydan XIX əsrə aid kitablar tapılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında Masallı rayonunun Məmmədoba - Tuado yolunun kənarı ilə axan Çaykəş çayından bir kisə kitab tapılıb.
Masallı sakini Rauf Cəbiyev kisəni çaydan çıxarıb. Yerli sakinlərin verdiyi məlumata görə, çaydan daha bir neçə eynitipli kisə keçib, lakin onları çıxarmaq mümkün olmayıb.
Kitablara baxış zamanı onların ərəb dilində yazıldığı məlum olub. İlkin araşdırma zamanı yerli din xadimləri kitabların dini ədəbiyyat olduğu və ən azı XIX əsrdə nəşr edilməsi qənaətinə gəliblər.
Qeyd edək ki, tapılan kitablar doqquz ədəddir və şikəstə xətti ilə yazılıb.