Masallıda itkin düşən 11-ci sinif şagirdi tapılıb.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayevin Oxu.Az-a verdiyi məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən 11-ci sinif şagirdi 2006-cı il təvəllüdlü Məleykə Məmmədovanın bir gündən sonra yeri müəyyən olunub və o, tapılaraq ailəsinə təhvil verilib.
09:52
Masallıda məktəbli itkin düşüb.
APA xəbər verir ki, oktyabrın 24-də 11-ci sinif şagirdi, 2006-cı il təvəllüdlü Məleykə Məmmədova şəxsiyyətini təsdiq edən sənədi evdən götürərək tibb kursuna getmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.