Masazır-Novxanı yolunda işıqlandırma problemi ilə bağlı yol hərəkəti iştirakçıları narahatlıqlarını dilə gətiriblər.
Oxu.Az-a daxil olan şikayətdə bildirilir ki, gecə saatlarında işıqlandırma sistemi stabil çalışmır, küçənin işıqları yanıb-sönür.
Bu isə sürücülərə real təhlükə yaradır, onlar yolu görməkdə çətinlik çəkirlər.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Məhərrəm Əliyev