Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Masazır sakinlərinin həll edilməyən YOL PROBLEMİ: "Uşaqları məktəbə apara bilmirik"
Abşeron rayonu, Masazır kəndinin sakinləri yolun vəziyyətindən şikayətçidirlər.
Oxu.Az-a şikayət ünvanlayan sakinlər bildirirlər ki, uzun müddətdir, yol baxımsız vəziyyətdədir.
"Şamil Hüseynov, Arzuman Quliyev küçəsi, 6 nömrəli tam orta məktəbə gedən yol pis vəziyyətdədir. Uşaqları yağış yağanda məktəbə apara bilmirik. Yol neçə ildir ki, baxımsız vəziyyətdədir. Heç kim təmir olunması üçün nəsə etmir. Yağış yağanda hər tərəf palçıq olur deyə gediş-gəliş çətinləşir", - sakinlər qeyd ediblər.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.
Sözügedən ərazidən görüntüləri təqdim edirik:
Aygün Mirakif
"Masazır kəndi" teqi üzrə xəbərlər
- Masazırda içməli su dörd aydır küçəyə axır: "Qaza bilmərik, qurumların icazəsi lazımdır"
- Masazırda iki yaşayış kompleksinin YOL DƏRDİ: "Avtomobillərimiz sıradan çıxır"
- 38 yaşlı qadın dayısı tərəfindən qətlə yetirildi - İDDİA + Hadisə yerindən GÖRÜNTÜLƏR
- Masazırda avtomobil 33 yaşlı kişini xəstəxanalıq etdi
- Restoranda dava: Kababçı müştərini döydü