Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

TƏBİB: "Yoluxucu xəstəliklər şöbəsində yetərli çarpayı sayı mövcuddur"
"Hazırda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyində olan tibb müəssisələrindəki yoluxucu xəstəliklər şöbələrində yetərli çarpayı ehtiyatı mövcuddur".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən verilən məlumatda deyilib.
Bildirilib ki, Sabunçu Tibb Mərkəzinin Yoluxucu xəstəliklər şöbəsi və mərkəzin nəzdində olan Məhəmmədi Modul Tipli Xəstəxanasında yetərli çarpayı sayı mövcuddur.
"Qrip və digər respirator xəstəliklər, əsasən, ambulator şəraitdə müalicə olunur. Xəstəliyə yoluxan şəxslər ilkin səhiyyə xidməti həkimləri tərəfindən müşahidə olunur və müalicələrini evdə davam etdirirlər. Buna baxmayaraq, ağırlaşma halları olan zaman pasiyentlər tibb müəssisələrinə hospitalizasiya olunurlar", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi respirator virus infeksiyalarının yayılması ilə bağlı əhaliyə çağırış edib.
Aləmdə Nəsib
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Daşkəsəndə qidadan zəhərlənən şəxslərin SON DURUMU AÇIQLANDI
- Eşitmə itkisi ilə bağlı ən vacib suallar: Koxlear implantasiya əməliyyatını pulsuz necə etmək olar?
- Xocalıda minaya düşən Nağı İmanovun vəziyyəti açıqlandı
- Lerikdə yeniyetmənin halı pisləşdi - Bütün kənd onun üçün qarı təmizləyib yol açdı
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI