Abşeron rayonunun Masazır kəndində, Yeni Bakı yaşayış massivində dörd avtomobil yanıb.
Hadisə şahidlərinin sözlərinə görə, yanğın əvvəlcə "Mercedes" markalı avtomobildə başlayıb, daha sonra alov yaxınlıqda dayanan digər nəqliyyat vasitələrinə keçib.
Sakinlərdən biri hadisənin səhər saatlarında güclü partlayış səsinə bənzər səslə başladığını bildirib: "Bir səs gəldi, elə bildim raket atdılar. Bir də baxdım ki, maşınlar yanır".
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası cəlb olunub. Yanğın söndürülüb, alovun digər avtomobillərə keçməsinin qarşısı alınıb.
Hadisənin başvermə səbəbi araşdırılır.
Abşeron rayonunun Masazır kəndində dörd avtomobil yanıb. Hadisə "Yeni Bakı" yaşayış massivində yerləşən yaşayış komplekslərindən birinin həyətində baş verib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar:
"Yanğınsöndürənlər tərəfindən yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində "Mercedes", "Lada" və "Hyundai" markalı minik avtomobillərinin yanar hissələri, həmçinin "Renault" markalı minik avtomobili qismən yanıb. Yüksək temperaturun təsirindən BAIC markalı minik avtomobilinin arxa işığı qismən əriyib".
Abşeron rayonunun Masazır kəndində dörd avtomobil yanıb.
Bu barədə görüntülər Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) daxil olub.
Qeyd olunub ki, hadisə "Yeni Bakı" yaşayış massivində qeydə alınıb.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.
Yanğın qısa müddətdə söndürülüb.