Abşeron rayonunun Masazır qəsəbəsində yanğın olub.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 240 m² olan birmərtəbəli, dördotaqlı, mansard tipli, tikintisi başa çatmayan evdə mansardın yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.