Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Maşın bazarı"ndakı durğunluğun əsl səbəbləri
İnternet resurslarının imkanları, həmçinin ölkəmizdə müasir Çin nəqliyyat vasitələrinə maraq "maşın bazarı"na ciddi təsir göstərib. Artıq avtomobil almaq arzusunda olanlar daha çox onlayn platformalara müraciət etməyə üstünlük verirlər.
Paytaxt sakinləri də bildirirlər ki, avtomobil alqı-satqısı əsasən internet üzərindən aparıldığı üçün "maşın bazarı"na ehtiyac qalmayıb.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyevin sözlərinə görə, əvvəllər "maşın bazarı"ndakı qiymətlər elan saytlarındakından qat-qat aşağı idi. Avtomobilini satmaq üçün rayondan paytaxta üz tutanlar "əlimyandı"ya satıb gedirdilər. İndi isə müşahidələr başqa söz deyir. "Maşın bazarı"ndakı qiymətlər elan saytları ilə müqayisədə daha bahadır.
Bir sözlə, son zamanlar "avtomobil bazarı" artıq insanların maraq dairəsində deyil.
Daha ətraflı Baku TV-ni süjetində:

"Baku TV" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: "Sayat Novanın erməni aşığı olduğunu təsdiq edən fakt yoxdur"
- İnancla yön verilən raketlər: Davudla Zülfüqar qarşı-qarşıya
- Oqtay meyxananın adını batıranlardan danışdı: "Samirə ilə başımıza elə işlər gəlib"
- Azərbaycanın dirçəliş tarixi: Ulu öndərin başlatdığı siyasətin uğurlu davamı
- Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları