Gədəbəy Rayon Polis Şöbəsində Dövlət Yol Polisi Şöbəsi bölməsinin əməkdaşları tərəfindən “Toyota Prius” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud surətdə pozduğu üçün saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional məlumat verilib.
Bildirilib ki, sürücü tibbi müayinəyə aparılan zaman onun sükan arxasında narkotik vasitələrin təsiri altında olduğu sübuta yetirilib.
Sürücü Novruzlu Kamil barəsində Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək məsuliyyətə cəlb olunub.
