Səbail rayonunun Bayıl qəsəbəsində sakinlər su problemindən şikayətçidirlər.
Ömər Faiq Nemanzadə küçəsi, 98 ünvanında yaşayan sakinlərin sözlərinə görə, ərazidə artıq 10 gündür su yoxdur.
Sakinlər bildirirlər ki, əraziyə su, adətən, günaşırı verildiyi üçün evlərin qarşısındakı çənlərdən istifadə olunur. Lakin son 10 gün ərzində çənlərdəki su ehtiyatı da tükənib.
Vətəndaşların sözlərinə görə, problemin həlli ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, suyun nə vaxt veriləcəyi ilə bağlı onlara dəqiq məlumat verilməyib.
Hazırda sakinlər gündəlik su tələbatlarını su daşıyan avtomobillər vasitəsilə ödəməyə, yaxud marketlərdən su almağa məcbur olduqlarını deyirlər.