Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Maştağada kredit götürən şəxsin pulu oğurlanıb
Aprelin 10-da Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində bir nəfərin avtomobilindən 5 000 manat oğurlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib, zərərçəkən polisə məlumat verərək həmin gün bankların birindən götürdüyü krediti avtomobilə qoyduğunu və başına belə bir hadisənin gəldiyini bildirib.
Polisin keçirdiyi tədbirlərlə nəqliyyat vasitəsindən oğurluq edən 30 yaşlı İ.Əsədullazadə saxlanılıb.
Analoji hadisə Sumqayıt şəhərində də baş verib. Polisə daxil olmuş məlumat əsasında keçirilən tədbirlə avtomobildən külli miqdarda xarici valyuta və bank kartları oğurlayan 60 yaşlı A.Talıbov saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Hüseyn Həsənovdan onu məhkəməlik edən Mizulinaya mesaj: "Hazır ol, əzizim"
- Xaçmazda 42 yaşlı kişinin cinsi orqanı kəsilib
- Maşınına od vuran hərbçi DANIŞDI
- Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi aşağı salındı
- 28 yaşlı gənc içib "102" xidmətinə zəng etdi, adam öldürəcəyini dedi