Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Maştağalı ağsaqqal: "Həyat yoldaşıma verdiyim əziyyətləri xatırlayıram"
Baku TV-nin "O vaxtlar" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayında maştağalı ağsaqqal Əlihüseyn Novruzov öz kəndinin köhnə toy adətlərindən danışıb.
O, əvvəllər Maştağada qadın və kişi məclisinin ayrı-ayrı keçirildiyini vurğulayıb: "Qadınlar üçün xınayaxdı mərasimi də keçirilərdi. Kişi toyunun axırında isə bir neçə meyxanaçı toya gələnləri əyləndirərdi".
Dostluqda yanılmadığını deyən 88 yaşlı Əlihüseyn Novruzov bütün dostlarını itirdiyini bildirib. O, indi dostluq bağının elə də güclü olmadığını qeyd edib: "Biz o vaxtlar bir-birimizə yalan danışmazdıq. Düzgün olan nə idisə, onu deyərdik".
Vəfat edən həyat yoldaşı ilə bağlı xatirlərindən də bəhs edən ağsaqqal xanımının itkisi ilə barışmağın ağır olduğunu söyləyib: "Gənc vaxtı evə gec gedirdik. Başımız toy axşamlarına qarışırdı. Evə qayıdanda görürdüm ki, xanımım məni gecə saat 2 də olsa, gözləyir. Heyifsilənirəm ki, ona əziyyət vermişəm".
Ətraflı videoda:
Rəylər