Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Mazımçay gömrük postu bir neçə saat bağlı qaldı
Balakən və Zaqatala arasında internet xəttinin kəsilməsi Mazımçay gömrük postunun işində problemə səbəb olub. Bu isə gömrük postunda giriş-çıxışların bağlanmasına və sıxlığın yaranmasına gətirib çıxarıb.
Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə əlaqələr İdarəsinin rəisi Natiq Axundov məlumat verib.
O, bildirib ki, Mazımçay gömrük postunda mövcud problemə səbəb Balakən və Zaqatala arasında internet xəttinin kəsilməsidir:
“Bir neçə saat Mazımçay gömrük postunda giriş-çıxışlar bağlı olub. İnternet xəttində yaranmış problem səbəbindən sistem işləməyib. Komitə tərəfindən aidiyyəti qurumlara müraciət olunub. Yaranmış problemin aradan qaldırılması istiqamətində tədbirlər görülüb. Artıq problem aradan qaldırıldığı üçün gömrük postunun fəaliyyəti bərpa olunub.
Könül Cəfərli
Rəylər