Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Mədət Quliyev: Paytaxtdakı həbsxanalar köçürüləcək
Şəhərimiz böyüyür və yeni tikilən cəzaçəkmə müəssisələri vaxtı gələndə şəhərin mərkəzindən köçürüləcək.
Oxu.Az xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi, general Mədət Quliyev Şəhidlər xiyabanını ziyarət edərkən söyləyib.
Mədət Quliyev məlumat verib ki, Prezidentin tapşırığı ilə əsasən yüksək səviyyəli işlər görülür:
“Heç bir dövlətdə məhkumlara hər cür şərait yaradılan 10 cəzaçəkmə müəssisəsi tikilməyib. Saxlanılan məhkumlar isə şəraitdən həmişə razılıqlarını bildirirlər”.
Məhkumların qidalanması məsələsinə də toxunan Penitensiar Xidmətin rəisi söyləyib ki, məhkumlar üçün xüsusi qida rasionu hazırlanıb. Xəstə diabetlər müvafiq qidalarla təmin olunub.
Mədət Quliyev vurğulayıb ki, indi şəhərimiz böyüyür və yeni tikilən cəzaçəkmə müəssisələri vaxtı gələndə şəhərin mərkəzindən köçürüləcək.
Elvin Əhmədov
www.oxu.az