Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 21-ə olan hava proqnozunu açıqlayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın verdiyi məlumata görə, yanvarın 21-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı, gündüz dəyişkən buludlu olacağı gözlənilir.
Şimal-şərq küləyi əsəcək. Temperatur gecə 1-3 dərəcə, gündüz 4-6 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında yanvarın 21-də havanın bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti, dağlarda 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.