Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
MEDİA AZAL təyyarəsinin qəzası ilə bağlı çağırış edib
"Bəzi onlayn media subyektlərində Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının səbəblərinə dair müxtəlif mülahizələrə əsaslanan məlumatlar yayılmaqdadır".
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təyyarə qəzası ilə bağlı yaydığı məlumatda deyilib.
"Media subyektlərini məlumat yayarkən "Media haqqında" Azərbaycan Respublikası Qanununun mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərinə əməl etməyə, rəsmi mənbələrin rəyini əks etdirməyən, təhrif olunmuş informasiya hazırlamaqdan çəkinməyə çağırırıq. Xüsusi vurğulayırıq ki, bu kimi hallar media etikasının tələblərinə cavab verməməklə yanaşı, media subyektinin hüquqi məsuliyyətini şərtləndirir. Jurnalistləri, ictimai fəalları belə məsələlərə qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa, cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağırırıq", - deyə məlumatda bildirilib.
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- Rəis müavini: "Hər iki kapitanla səhər görüşmüşdük"
- AZAL-ın qəzaya uğrayan təyyarəsində bir azərbaycanlının aqibəti hələ də bilinmir
- Qəzaya uğrayan təyyarədə həlak olan 13 yaşlı Məhəmmədəlinin FOTOSU
- Təyyarə qəzasında həlak olanların cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək - RƏSMİ
- Təyyarə qəzasında həlak olan Bakı Avrasiya Universitetinin tələbəsinin FOTOSU
Rəylər