Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Maştağada evlərdən 24 minlik oğurluq edənlər tutuldular
Bakıda evlərdən silsilə oğurluqlar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, müxtəlif vaxtlarda Maştağa qəsəbəsi, "Savalan" yaşayış sahəsində 6 evdən ümumilikdə 22 000 manat dəyərində məişət əşyaları, 1 800 manat dəyərində təmir alətləri və avtomobil ehtiyat hissələri oğurlanıb.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 26 yaşlı A.Rəhimov və bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
"Oğurluq hadisəsi" teqi üzrə xəbərlər
- Azərbaycanda silsilə qətllər törədən dəstə başçısı: "İşgəncə ilə öldürdük, getdik yeyib-içməyə"
- "Tour de France"da komandadan 143 min avro dəyərində velosipedlər oğurlandı
- Bakı və Abşeronda üç nəfər altı evi talan etdi
- Bakıda maskalı şəxs mağazadan 34 600 manat oğurladı
- Araz Həsənzadə: "Süni intellekt bank dələduzluqlarının təxminən 0,01%-nin qarşısını alır"
Ən çox oxunanlar