Dünən İslam peyğəmbəri Hz.Məhəmmədin (s.a.v.) mövludu gecəsi idi.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Həzrət Məhəmməd (s.a.v.) Miladi təqvimlə 571-ci il Hicri aylardan Rəbiul əvvəl ayının 11-dən 12-nə keçən gecə Məkkə şəhərində dünyaya gəlib.
Bəzi məzhəb alimləri bu tarixin Rəbiul əvvəl ayının 17-si olduğunu bildirib.
Hər iki tarix müsəlmanlar tərəfindən mövlud gecəsi, aradakı fərq isə “Vəhdət” həftəsi adlandırılıb.