Cazibədar teleaparıcı Günel Hümbətova Türkiyənin məşhur aktyoru Burak Özçivit haqqında danışıb.
Oxu.Az Publika.az-a istinadən xəbər verir ki, teleaparıcı daim sosial şəbəkədə məşhur aktyorun fotolarını paylaşdığını deyib. O, aktyor haqqında fikirlərini saytımız üçün bölüşüb:
“Xoşum gəlir də, neyniyim. Onunla sevgili olardım, olmazdım bunu deyə bilmərəm. Bəlkə də o, həyatda elə deyil, amma yaratdığı obrazlar, kişiyana hərəkətləri, jestləri, qadını qorumağı, bax o xoşuma gəlir. Bığdan iyrənirəm, amma onu bığına görə bəyənirəm”.